Qısa məlumat
Demək olar ki, istənilən tələblərə uyğunluq.
Bütün növ yüklərin nəql edilməsi üçün variantların müxtəlifliyi.
Avtomobilin müxtəlif variantları və təchizat opsiyaları şassini və bortlu platformaya malik yük avtomobilini nəqletmə tapşırıqları ilə dəqiq uyğunluqda komplektləşdirməyə imkan verir. Standart sürücü kabinəli maksimal uzunluqda avtomobili seçməklə, maksimal yükləmə platforması sahəsi əldə etmək olar. Faydalı yük daha böyük əhəmiyyət kəsb edirsə, o zaman 5000 kq çəkili variant daha uyğun olacaq. Standart kabinədə 3 nəfərədək adam yerləşə bilər, ikiqat kabinədə isə işlərin görüldüyü yerə hətta 7 nəfərədək kiçik briqadaları çatdırmaq olar.
Xüsusi sahə tələbatlarının təmin edilməsi üçün, yoxlanmış keyfiyyətə malik istehsalçıdan banların hazırlanması və quraşdırılması üzrə müxtəlif həllərə müraciət etmək olar.
Sprinter Bortlu platformaya malik yük avtomobilinə və şassi variantlarına qısa baxış:
- 3 variant avtomobil uzunluğu: yığcam, standart və uzun
- 2 variant sürücü kabinəsi: standart və ikiqat
- Bortlu platformaya malik yük avtomobilində 9,2 m²-dək yük platforması sahəsi
- Maksimal icazə verilən çəkisi 3000 kq, 3500 kq, 4100 kq və 5000 kq olan variantlar mövcuddur
- 5000 kq çəkili variant üçün 2500 kq-dan çox maksimal faydalı yük
- Qabaq, arxa və tam intiqallı variantlar mövcuddur
Nəhəng və səpələnən yüklərin peşəkar nəqli.
Sprinter yük avtomobilində yük platforması ağır və nəhəng yükün, habelə, səpələnən yükün açıq nəqli üçün uyğun həldir. Yük platformasının ölçüsü avtomobilin uzunluğundan və sürücü kabinəsinin standart və ya ikiqat olmasından asılıdır. Yük platformasının açılan divarları onu yandan və arxadan məhdudlaşdırır, yükləmənin üç tərəfdən həyata keçirilməsinə imkan verir. Yük platformasının arxa divarının içəri tərəfində platformaya keçidin asanlaşdırılması üçün metal pillə mövcuddur. Platformanın bort divarları alüminiumdan hazırlanıb. Sifarişlə sürücü kabinəsinin arxa tərəfində və platformanın kənarında quraşdırılan pilləkən üçün tutacaq əldə etmək olar. Onların üzərində uzun əşyaları bərkitmək və nəql etmək, yükləmə platformasını isə başqa yüklər üçün istifadə etmək olar.
Nəqletmə həlli tapmaq lazım olduğu halda, Sprinter ortaya çıxır.
Sahəsi 9,2 m2-dək olan Sprinter Bortlu platformaya malik yük avtomobili ilə bir çox şey mümkün olacaq: tək və ya ikiqat kabinə, habelə, 3 variant avtomobil uzunluğu təsiredici müxtəliflik üçün əsas yaradır. Onu 4 variant mühərrik, müxtəlif opsiyalar, şassi variantları və ban istehsalçılarından müxtəlif sahə həlləri tamamlayır. Onların vasitəsilə, maksimal icazə verilən çəkisi 5000 kq-dək olan avtomobilləri yığmaq olar. Zərurət yarandıqda, 3500 kq-dək çəkidə yedəklənən yük əlavə etmək olar. Sifarişlə platformanın altında sağda və solda yerləşən, qıfıllanan və onların içində yerləşdirilən əşyaları, məsələn, alət və materialları, palçığın və ya suyun sıçramasından qoruyan yeşiklərlə təchizetmə mümkündür.
1 Yalnız qabaq intiqalla kombinasiyada.
2 Həcmi 50 l olan əsas çən bortlu platformaya malik Sprinter üçün, opsiya olaraq, qabaq intiqalla kombinasiyada mövcuddur.