Mercedes-Benz
Mercedes-Benz Mercedes-Benz

Zəmanət.

Zəmanət xidməti:

yeni minik avtomobilləri üçün - yürüşü məhdudlaşdırmadan 24 ay;
yeni kiçik tonnajlı avtomobillər üçün – 24 ay və ya 200 000 km yürüş.

Orijinal ehtiyat hissələri üçün zəmanət:
minik avtomobilləri üçün - yürüşü məhdudlaşdırmadan 24 ay;
kiçik tonnajlı avtomobillər üçün – 24 ay (qovşaq və aqreqatlar üçün – 24 ay və ya 200 000 km yürüş).

Bu müddət ərzində nasazlıqların səbəbi keyfiyyətsiz materiallardan istifadə və ya istehsal texnologiyasının pozulması olduqda, nöqsanlar aradan qaldırılacaq, avtomobilin ehtiyat hissələri isə dəyişdiriləcək.
Zəmanət alış tarixindən 2 il ərzində birinci və sonrakı sahiblərə şamil olunur. Mercedes-Benz zəmanəti yalnız mexaniki və digər zədələr olmadıqda orijinal ehtiyat hissələri və aksessuarlara (avtomobilin istismarı zamanı təbii aşınmaya məruz qalan detal və materiallar istisna olmaqla) şamil olunur.

Zəmanət şərtləri:
rəsmi nümayəndənin möhürü ilə təsdiqlənmiş avtomobilin satıldığı tarix və yer, planlı TM barədə qeydlərlə servis kitabçasının olması; yürüşün yolverilən həddə aşılması ilə müəyyən vaxt aralıqlarında vaxtaşırı texniki xidmət, həmçinin cari təmirin həyata keçirilməsi; istehsalçı zavodun zəmanətlə bağlı müddəası, nəqliyyat vasitəsinin istismar norma və qaydaları, Azərbaycanda Mercedes-Benz mütəxəssisləri-rəsmi nümayəndənin tövsiyələrinə əməl olunması.

Aşağıdakı hallarda zəmanət təqdim olunmur:
sifarişçi istismara dair təlimata əməl etmədikdə; avtomobil birbaşa təyinatı üzrə istifadə olunmadıqda; servis kitabçasında göstərilən texniki baxış və TX Mercedes-Benz-in səlahiyyətə malik olmayan texniki xidmət stansiyasında aparıldıqda; avtomobilin yolverilən tam kütləsinin, ox yüklənmələri, faydalı yüklənmə və ya şassinin yükqaldırma qabiliyyətinin aşıldığı aşkar olunduqda; avtomobilin səliqəsiz və ya yanlış istifadəsi, saxlanması və ya daşınması səbəbi ilə yaranan nöqsanlar.

Ehtiyat hissələri və aksessuarlara zəmanət:
Mercedes-Benz-in Azərbaycanda rəsmi nümayəndəsinin servis mərkəzi tərəfindən satılan və quraşdırılan ehtiyat hissələri və aksessuarlar (məsarif olanlar istisna olmaqla) üçün 24 aylıq zəmanət müddəti müəyyən edilib.