Komplektasiya
Seriya komplektasiyasında əsas təchizat xüsusiyyətləri.
Sprinter Şassi və Sprinter Bortlu platforma üçün seriya komplektasiyasında böyük həcmdə təchizat təklif olunur. Təhlükəsizlik və rahatlığın təmin edilməsi üçün nəzərdə tutulan təchizat elementləri ənənəvi Mercedes-Benz keyfiyyəti ilə hazırlanıb.
KEYLESS-START
Avtomobilin rəsmi idarə olunmasına keçid üçün rahat sistem.
Mühərrikin bir düyməyə basmaqla işə düşməsi və dayandırılması. Mühərrikin sadəcə düyməyə basmaqla işə düşməsi: KEYLESS-START avtomobilin rəsmi idarə olunmasına keçid üçün sistem mühərriki, sadəcə mühərrikin işə salınması/ dayandırılması düyməsinə basmaqla və mufta və ya əyləc pedalına basmaqla, işə salmağa imkan verir. Bu funksiyanın işləməsi üçün sadəcə üzərində avtomobili idarəetmə hüququ haqqında məlumatın yazıldığı elektron açarın üzərinizdə olması kifayət edir. Bu funksiya, sürücüyə tez-tez avtomobildən çıxmaq lazım olduqda, avtomobilin istismarını əhəmiyyətli dərəcədə sadələşdirməyə qadirdir, çünki sürücüyə hər dəfə açarı çıxarmaq və onu işəsalma yerinə salmaq lazım deyil.
Sükan elektrik gücləndiricisi
İdarəetmə zamanı yüksək rahatlıq səviyyəsi və hərəkət sabitliyi.
Sürətdən asılı olaraq, sükan idarəetməsinin müxtəlif nəzarət səviyyələri.
Sükan elektrik gücləndiricisi, sükan idarəsinin nəzarət səviyyəsinin, sürətdən asılı olaraq, dəyişdirilməsi sayəsində, avtomobilin idarə rahatlığını artırır və hərəkət rejimini sabitləşdirməyə kömək edir. Aşağı sürətlə və manevrləmə zamanı elektrik gücləndirici maksimal dərəcədə işə düşür və sükan asanlıqla döndərilir. Sürət artdıqca, elektrik gücləndiricinin iştirakı tədricən azalır ki, bu da inersiya ilə düzxətli hərəkət göstəricilərini, deməli, yüksək sürətlə hərəkət zamanı avtomobilin sabitliyini yaxşılaşdırmağa imkan verir. Sürücü sükanı qəfil döndərdikdə, məsələn, döngəni dönərkən, oxun aktiv reaksiyası funksiyası aktivləşdirilir ki, bu funksiya sürücüyə sükanı düz vəziyyətə qaytarmağa kömək edir. Rahatlıq baxımından əlavə üstünlük ondan ibarətdir ki, elektrik gücləndirici, məsələn, pis balanslaşdırılmış təkərlər səbəbi ilə yarana biləcək tərpənişləri azaldır. Gücləndiricinin işləməsi üçün yalnız elektrik enerjisinin tələb olunmasına görə, o, avtomobilin yanacağı qənaətlə işlətməsinə təsir göstərməyəcək.
İşıqlandırmanın avtomatik idarə olunması sistemi
Rahatlıq səviyyəsini və hərəkət təhlükəsizliyini artırır.
İşıqlandırmanın avtomatik idarə olunması.
İşıqlandırmanın avtomatik idarə olunması sistemi, ətrafda mövcud işıqlandırma şəraitindən asılı olaraq, hərəkət zamanı yaxın işıqlandırmanı yandırıb-söndürür. Beləliklə, sistem avtomobilin idarəsini asanlaşdırır və hərəkət təhlükəsizliyi səviyyəsini artırır. Sürücü ətrafdakı işıqlandırma şəraiti tez-tez dəyişdikdə, məsələn, tunellərə, parketmə yerlərinə giriş-çıxış zamanı və ya yolların altındakı keçidlərdən keçdikdə, idarəetmə rahatlığının artdığını tam həcmdə hiss edəcək.
Yandan əsən külək zamanı sabitləşdirmə sistemi
Külək yandan əsdiyi zaman seçilmiş zolaqla hərəkət etməyə kömək edir.
Əyləcin aktivləşdirilməsi sayəsində hərəkət zolağından çıxma dərəcəsini azaldır. Yandan əsən külək zamanı sabitləşdirmə sistemi, yandan əsən küləyin təsiri altında hərəkət zolağından çıxma halını vaxtında müəyyən edir və sürücüyə avtomobili hərəkət zolağında saxlamağa kömək edir. Axı hərəkət zolağından qəfil çıxmaq sürücünün sükanı xaotik hərəkət etdirməsinə səbəb ola bilər. Bununla əlaqədar olaraq, sürət 80 km/saat-a çatdıqda, yandan əsən külək zamanı sabitləşdirmə sistemi avtomatik olaraq avtomobilin istiqamətini düzəltməyə başlayır. Bu, avtomobilin hərəkət zolağından çıxması dərəcəsini əhəmiyyətli dərəcədə azaltmağa və yandan əsən küləyin təsirini zəiflətməyə və ya azaltmağa imkan verir.
Əlavə təchizatın əsas xüsusiyyətləri.
Mikroavtobusun təchizat opsiyaları çeşidinin geniş olması sayəsində, Sprinter-i sahə və xüsusi tələblərlə tam uyğunluğa gətirmək olar. Təchizat variantlarının səlis tədriciliyi məhz zəruri olan avtomobili yığmağa imkan verir.
26 sm (10,25 dyüm) sensorlu ekrana malik MBUX multimedia sistemi
Multimedia qurğuları arasında bir şedevr. Müxtəlif funksiyalara malik multimedia sistemi.
26 sm (10,25 dyüm) diaqonallı sensorlu ekrana malik MBUX multimedia sistemi, avtomobildə məlumatlandırma, əyləncə, naviqasiya və rabitə sahəsində, demək olar ki, bütün istəkləri təmin etməyə qadirdir. Yüksək innovativlik dərəcəsi: 26 sm (10,25 dyüm) diaqonallı yüksək icazəli sensorlu ekran vasitəsilə və ya çoxfunksiyalı sükan çarxı üzərindəki sensorlu düymələrin köməyi ilə idarəetmə. Yüksək keyfiyyətli topoqrafik 3D xəritələrin olduğu sərt diskdə güclü naviqasiya sistemi Live Traffic Information1 xidmətinin verilənlərini dəstəkləyir (real vaxt rejimində yollardakı vəziyyət haqqında məlumat, bəzi ölkələrdə mövcud deyil), bununla da, hədəfə dinamik gediş imkanını təmin edir ki, bu zaman yol tıxaclarının olduğu yerlərdən yan keçilir və yola sərf olunan vaxt qısalır. Əlavə opsiyaları arasında Android Auto, Apple CarPlay və Mirrorlink vasitəsilə smartfonun inteqrasiyası üçün həlli, habelə, səsucaldan funksiyası ilə Bluetooth® interfeysini qeyd etmək olar ki, bunların sayəsində, sürücü telefonu, diqqətini idarəetmədən yayındırmayaraq, istifadə edə bilər.
1 Live Traffic Information xidməti (ölkədən asılı olaraq, real vaxt rejimində yollardakı vəziyyət haqqında məlumat) yalnız Mercedes PRO ilə kombinasiyada.
Simsiz enerjidoldurma funksiyası ilə smartfon yeri
Enerji doldurmaq üçün, sadəcə smartfonu yerləşdirin.
Kabelsiz və ya tutucusuz enerjidoldurma funksiyası.
Yuvaya qoşulmadan asan enerjidoldurma: simsiz enerjidoldurma sisteminin köməyi ilə, sadəcə mobil qurğunu mərkəzi konsolun üzərinə yerləşdirə bilərsiniz və o, enerji yığmağa başlayacaq. Bu funksiyanın istifadə edilməsi üçün ilkin şərt mobil qurğuda Qi 1.2 standartının dəstəklənməsi və ya onun əlavə olaraq təchiz edilməsi imkanıdır. Enerjidoldurma paneli mərkəzi konsolda saxlama üçün mərkəzi yuxarı bölməyə inteqrasiya edilib və ekranının diaqonalı 17 sm-dək (6,7 dyümadək) olan mobil telefonlar üçün uyğundur. Mobil telefon meydançada yerləşdirildikdən sonra multimedia sistemi ilə mobil telefon arasında tez bir zamanda yaxın radioəlaqə standartı ilə (NFC) qoşulma həyata keçirilir. Bundan sonra telefon danışıqları Bluetooth® vasitəsilə səsucaldan sisteminə ötürüləcək.
Salonun qabaq hissəsi üçün stəkanaltı.
4-ə qədər stəkan, banka və ya butulka yerləşir.
Sürücü kabinəsi üçün müxtəlif stəkanaltı variantları.
Mərkəzi konsolda quraşdırılan stəkanaltılarında, mexaniki sürətlər qutusu ilə birgə 2, avtomat sürətlər qutusu ilə birgə isə 4 stəkan, butulka və ya banka yerləşə bilər. Stəkanaltıları həm sürücü, həm də qabaq sərnişin üçün əlçatan zonada yerləşir. Tutucunu təmizləmək üçün çıxarmaq olur.
Naviqasiya
Hədəfə doğru ən qısa marşrut.
Rahat idarəetməli tamamilə inteqrasiya edilmiş hədəfə gediş funksiyası.
Bu opsiya MBUX (Mercedes-Benz User Experience) multimedia sistemini tam naviqasiya sisteminə çevirməyə qadirdir. Hədəfə gediş funksiyasının köməyi ilə, sürücülər, sistemin küçələrin və ev nömrələrinin axtarışı üzrə çətin işi üzərinə götürməsi sayəsində, bu turizm avtomobilini daha asan idarə edəcəklər. Naviqasiya sistemi tamamilə idarəetmə və əksetdirmə konsepsiyasına inteqrasiya edilib: idarəetmə üçün sensorlu ekran və ya sükan çarxının sağ hissəsindəki sensorlu düymələr istifadə edilə bilər. Naviqasiya bildirişləri həm sensorlu ekranda, həm də kombinasiya edilmiş cihazlar panelinin displeyində əks olunur.
Yüksək rahatlıq dərəcəsinə malik sürücü oturacağı
Sürücü üçün oturacağın fərdi tənzimləmələri.
5 tənzimləməli (10 istiqamətdə) oturacaq.
Yüksək rahatlığa malik sürücü oturacağını, qolun və fırlanan tutacaqların köməyi ilə, sürücünün rahatlığa qarşı fərdi tələblərinə uyğun olaraq, vəziyyətinə, hündürlüyünə və mailliyinə görə tənzimləmək olar. Fərqli tənzimləmə variantları sayəsində, hətta uzunmüddətli səfərlər belə xoş səfərə çevrilə bilər. Əllə oturacağın üfüqi vəziyyətini, oturacağın arxasının mailliyini, oturacağın hündürlüyünü, habelə, oturacağın yastığının mailliyini və dərinliyini tənzimləmək olar. Bundan əlavə, başaltının tələb olunan hündürlüyünü seçmək mümkündür. Yüksək rahatlığa malik sürücü oturacağının 4 istiqamətdə tənzimlənən kəmər dayağı ilə təchiz edilməsi sayəsində, oturacaq Aktion Gesunder Rücken (AGR, «Sağlam bel naminə» kampaniyası) qeyri-kommersiya təşkilatının tələblərinə uyğundur.