Mercedes-Benz

Qısa məlumat

Perspektivli, effektiv, etibarlı.

Hətta zahirən belə, yeni Sprinter Şassi-nin kabinəsi, Mercedes-Benz üçün ənənəvi olan radiator üzlüyünün və faralarının müasir forması sayəsində, diqqəti cəlb edir. Sürücü kabinəsi həmçinin yenilənib və onun cəlbediciliyi, yüksək keyfiyyətli dizaynın və yüksək funksionallıq dərəcəsinin sayəsində, heç də itməyib. Bu, məsələn, intellektual modul saxlama konsepsiyasının və KEYLESS-START sisteminin tətbiq edilməsi nəticəsində mümkün olmuşdur.

Standart kabinədə 3 nəfərədək adam yerləşə bilər, ikiqat kabinədə isə işlərin görüldüyü yerə hətta 7 nəfərədək kiçik briqadaları çatdırmaq olar. Kabinənin arxasında 3 uzunluq variantında mövcud olan və çoxlu sayda xüsusi ban həlləri və əlavə avadanlıq üçün uyğun baza təşkil edən Sprinter şassisi yerləşir.

Əlavə üstünlüklərə geniş intiqal variantları çeşidini aid etmək olar: istismar şəraitindən və üstünlük verilən hərəkət xüsusiyyətlərindən asılı olaraq, qabaq, arxa və ya tam intiqallı Sprinter Şassi sifariş vermək olar. Seçə biləcəyiniz sürətlər qutusu variantları bunlardır: 6 pilləli mexaniki sürətlər qutusu və 7G-TRONIC PLUS həlli, yaxud öz seqmentində yeganə həll olan 9G-TRONIC1 əsasında avtomat sürətlər qutusu.

Bütün növ yüklərin nəql edilməsi üçün variantların müxtəlifliyi.

Avtomobilin müxtəlif variantları və təchizat opsiyaları şassini nəqletmə tapşırıqları ilə dəqiq uyğunluqda komplektləşdirməyə imkan verir. Xüsusi təchizatlı şassini yəhərli dartıcı kimi istifadə etmək olar, bu zaman avtoqatarın maksimal icazə verilən ümumi çəkisi 8750 kq-a çata bilər (məsələn, avtomobillərin nəql edilməsi zamanı). Standart kabinədə 3 nəfərədək adam yerləşə bilər, ikiqat kabinədə isə işlərin görüldüyü yerə hətta 7 nəfərədək kiçik briqadaları çatdırmaq olar. Xüsusi sahə tələbatlarının təmin edilməsi üçün, yoxlanmış keyfiyyətə malik istehsalçıdan banların hazırlanması və quraşdırılması üzrə müxtəlif həllərə müraciət etmək olar.

Çətin işin görülməsini asanlaşdıracaq.

Mükəmməl dairəvi görünüş sahəsinə malik sürücü kabinəsi elə hazırlanıb ki, avtomobildən gündəlik istifadə zövq versin. Rahatlığa qarşı müxtəlif tələblərin təmin edilməsi üçün, 5 variantda sürücü oturacağı mövcuddur. Onların arasında Aktion Gesunder Rücken (AGR, «Sağlam bel naminə» kampaniyası) qeyri-kommersiya təşkilatının tələblərinə uyğun olan oturacaqlar da var. Müasir idarəetmə və əks etdirmə həlləri konsepsiyası, hər şeydən əlavə, onunla fərqlənir ki, o, smartfonların inteqrasiyasının və opsional multimedia sistemlərinin sensorlu ekranlar və çoxfunksiyalı sükan çarxı vasitəsilə idarə olunmasının mümkünlüyünü təmin edir. Sürücü kabinəsindəki səliqəyə görə modul saxlama həlləri konsepsiyası cavabdehdir ki, onlar sürücü üçün əlçatan yerdə yerləşir və, zəruri hallarda, qapaqlarla təchiz olunur, bura həmçinin, üzərində sənədlərin imzalanması və s. üçün rahat olan düşünülmüş çoxfunksiyalı boks da daxildir.