Mercedes-Benz

Perspektiv, effektiv, etibarlı.

Qiymət 81 245 AZN-dən başlayaraq

O qədər universaldır ki, istənilən daşıma tapşırıqlarının icrası üçün uyğundur. Xarici görünüşünə isə heç kəs laqeyd qala bilməz. Yeni Sprinter mikroavtobusu müxtəlifliyi ilə heyrətə gətirir: 3 uzunluq variantı, 2 dam hündürlüyü variantı və 3 oturacaq sırası. Variantların müxtəlifliyi və avtomobilin təchizatı sayəsində həm başlanğıc səviyyəli qənaətli avtomobil, həm rahat oturacaqlar və dəbdəbəli salon örtüsü ilə mükəmməl dərəcədə təchiz olunmuş turist avtomobili kimi modelləşdirilə bilər.

Avtomobilin seriya komplektasiyasına rahat oturacaqlar daxildir. Sərnişinlər oturacağın meyl bucağını və rahat başaltıların vəziyyətini tələbatlarına uyğun olaraq tənzimləyə bilər. Bütün bunlar maksimal rahatlıq üçün əsl üstünlükdür. Beləliklə, yüksək səviyyəli yenilikçilik və 20 ildən artıq təcrübə sayəsində Sprinter şirkətinizin inkişafına töhfə verəcək, perspektiv, effektiv və etibarlı daşıma həlləri üçün yeni standartlar müəyyən edib.