Mercedes-Benz
Mercedes-Benz Mercedes-Benz

Şirkət haqqında

“Abşeron Avtomobil Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2016-cı ildən Mercedes-Benz brendinin Azərbaycandakı rəsmi dileridir.

Bizim salonumuzda siz yeni Mercedes-Benz avtomobillərini əldə edə bilərsiniz. Həmçinin orijinal texnologiyalardan istifadə etməklə, Mercedes-Benz avtomobillərə servis xidməti, istehsalçının zəmanət müddətinə malik olan və zəmanət təminatının sona çatdığı avtomobillər üçün texniki və ban təmiri həyata keçirilir. Əlavə olaraq, orijinal Mercedes-Benz ehtiyat hissələri və aksesuarları əldə edə bilərsiniz.

“Şirkət müştəriləri olduğu müddətcə fəaliyyət göstərir.”

Bu bizim əsas qaydamızdır. Bizim Müştərilərimiz olmadan şirkətimizin mövcudluğu və inkişafı qeyri-mümkün olardı. Biz etimad mühiti yaratmağa, Müştərilərimizi diqqət və qayğı ilə əhatə etməyə çalışırıq. Avtomobil mərkəzimizdə özünüzü rahat hiss etməyiniz üçün, bütün səylərimizi bu istiqamətə yönəldirik.