Mercedes-Benz
Mercedes-Benz Mercedes-Benz

S-Class Sedan

240 562 AZN-dən ƏDV ilə başlayaraq

Avtomobilin əsas xüsusiyyətləri

Önəmli olana qayğı ilə

Yeni S-Class avtomobilində önəmli məqamlara diqqət yetirilmişdir: həm sürücünün, həm də sərnişinlərin haqqı olan güzəştsiz rahatlıq və təhlükəsizlik. MBUX innovativ multimediya sisteminin yenilikçi idarəetmə konsepsiyası və lüks tərtibat materialları avtomobilin salonuna daxil olan şəxsə inanılmaz hisslər yaşadır.

DIGITAL LIGHT sistemi sayəsində qabaqcıl işıqlandırma texnologiyaları.

Salonun yeni aktiv LED işıqlandırma interyerin müstəsna atmosferini ortaya çıxarır.
KEYLESS-GO sistemi ilə avtomatik irəli çəkilən qapı tutacaqları kilidinin açarsız açılması.
Dəbdən düşməyən klassik dizayna malik yeni yüngül lehimli təkər diskləri.
Burada gərəksiz heç bir şey yoxdur: yeni S-Class avtomobilinin eksteryerinin tərtibatı qüsursuzdur.
Salonun mükəmməl rahat arxa hissəsi.

Rəqəmsal ön panel

Qarşınızda rəqəmsal zəka dayanır

O sizi dinləyir. Düşüncələrinizin gedişatını izləyir və nələr olacağını öncədən görür. Avtomobildə intuitiv anlaşılan idarəetmə ilə səyahətdən fövqaladə həzz almağı kəşf edin. Ön şüşədəki proyeksiyalı böyük ekran reallığın sadə mənzərəsini rahat rəqəmsal göstəricilərlə tamamlayır. 

3D ekranlı cihazların innovativ birliyi nəzəri cəlb edir və idarəetməni asanlaşdırır. Avtomobilin bir çox funksiyaları və sistemləri səslə və ya toxunuşlu mərkəzi OLED ekranı vasitəsilə idarə oluna bilər. Yeni nəsil MBUX intellektual sistemi sizin seçimlərinizi təhlil edərək zamanla istəklərinizi qabaqlamağı öyrənəcəkdir.