Mercedes-Benz
Mercedes-Benz Mercedes-Benz

Yeni GLE-Class

166 616 AZN-dən ƏDV ilə başlayaraq

Uğurun təcəssümü. Mükəmməlliyə can atma.

Yeni GLE yolsuzluq avtomobili əvvəlkindən daha intellektual, diqqətli və ehtiyatlı vəziyyətdə qarşımıza çıxır.

Yeni GLE əmin arxayınlıq saçır.

Həyəcanverici səthlər, əzələli formalar və ciddi xəttlər yeni GLE avtomobilinin zərif dizaynını səciyyələndirir. Həqiqətən də, gücün ən zərif və dinamik ifadəsi.

Vacib daxili keyfiyyətlər.

Yolsuzluq avtomobilinin rəqəmsal displeyləri, iri məsaməli ağacdan hazırlanmış bəzək elementləri və ifadəli dizayn elementləri qeyri-adi daxili gücə işarə edir.  

Variativlik.

Heç nə xəsiyyəti xarici şəraitlərə uyğunlaşma qabiliyyəti kimi güclü etmir. Bu səbəbdən də, yeni GLE sifariş əsasında yeddi ədədə qədər oturacağı və yaxud olduqca geniş yük bölməsini təklif edir. Oturacaqların elementləri ayırıla və qatlana bilir, oturacaqların ikinci cərgəsini isə, bununla yanaşı, həm də tərpətmək olur.

Öz GLE yolsuzluq avtomobilinizi zövqünüzə uyğun tərtib edin.  

Avtomobilin interyerinə şəxsi tələblərinizə və yaxud hazırki əhvalınıza tam cavab verən görünüşü bəxş edin.

Xarici təhlükələrə sarsılmaz arxayınlıqla reaksiya verir.

Yeni GLE həmçinin qoşma nəqliyyat vasitəsi ilə birgə manevretmə zamanı da sürücüyə yardım edir.

“Plus” sürücüyə dəstək sistemlərindən ibarət seçim paketi sürücüyə hiss ediləcək dərəcədə yardım edir, xüsusi ilə uzun səfərlər və şəhərdə intensiv hərəkət edən zaman. Yeni GLE avtomobili üçün ən yeni nəsilə aid olan və dörd yol ayırıclarında dairəvi hərəkət edən zaman yardım edən paket təklif olunur: məsələn, tıxaclarda, döngələrin qarşısında, dairəvi hərəkət zamanı və dörd yol ayırıclarında. Yeni GLE həmçinin tıxacda olan zaman irəlidə hərəkət edən avtomobilin arxasınca da gedə bilir. Bu funksiya sürücünü daima əyləci basmaqdan və yerindən tərpənməkdən azad edir.

Mercedes-Benz Intelligent Drive sistemləri ilə birgə nümunəvi təhlükəsizlik.

İstər pik saatında, istərsə də uzun gecə səfəri və yaxud tanımadığınız yolda olduğunuz zaman GLE avtomobiliniz Sizi üzərinizə düşən yükdən hiss olunacaq dərəcədə azad edəcək, xüsusi ilə də stresli vəziyyətlərdə. “Mercedes-Benz” avtomobilindəki hər bir səfərinizi təhlükəsiz və təkrarolunmaz edən konsepsiya Mercedes-Benz Intelligent Drive adlandırılır. Sizin sükan arxasında keçirdiyiniz vaxt boş yerə sərf olunmamalıdır. Bu, istirahət vaxtıdır. Gücün bərpa olunması zamanıdır. Avtomobil Sizi etibarlı və rahat şəkildə təyinat yerinə çatdıracaq.