Mercedes-Benz
Mercedes-Benz Mercedes-Benz

Yeni GLC Coupe

91 635 AZN-dən ƏDV-siz başlayaraq

Yeni nəsil nümayəndəsi: yolsuzluq avtomobili və kupe.

Adi yolsuzluq avtomobilindən daha artıq. Adi kupedən daha artıq. Hər zamankından daha artıq.

Yeni GLC Coupe yolsuzluq avtomobili ilə kupenin ən yaxşı keyfiyyətlərini birləşdirir. Hər zamankından daha idman yönümlü və müasir.

Dizayn artıq yola düşməzdən əvvəl Sizi ilhamlandırır.

Hər zamankından daha idman yönümlü olan yeni GLC Coupe baxışları özünə çəkir. Daha geniş bamper spoylerləri, tullantı qol borularının yeni qarmağları və ilk dəfə seriya ilə istifadə olunan və müasir işıq dizaynlı High Performance işıqdiodlu faraları ilə birgə.

Hər şeyi nəzarətdə saxlayın. Yeni GLC Coupe avtomobilində bunun üçün barmağınızı tərpətmək kifayətdir.  

Diaqonal ölçüsü 26 sm (10,25 düym) qədər olan yüksək icazəli opsional sensor ekranı,  mərkəzi konsolda yeni sensor paneli və yeni sükan çarxında sensor düymələrinin vasitəsi ilə Siz, yeni GLC Coupe avtomobilində hər bir şeyi barmağınızı bir dəfə toxundurmaqla istifadə edə və kökləmələri fərdiləşdirə bilərsiniz.  Məsələn, indikasiya üslüblarını, rahat salon işıqlandırmasını və məlumat və əyləncə sistemini. Bir dəfə toxunmaq kifayətdir. Bu, sensor idarəetməsinin yeni konsepsiyasını smartfonda olduğu kimi intuitiv edir.  

Əyləşin və dərindən nəfəs alın.

ENERGIZING paketləri.

ENERGIZING opsioanal paketləri ilə birgə Siz, çox sadə üsul ilə yeni enerji ilə təmin oluna bilərsiniz. Bunun üçün, komplektləşdirmədən asılı olaraq, avtomobildə birbaşa olaraq bir neçə sistem mövcuddur, məsələn, kondisiyalaşdırma, salonun rahat işıqlandırılması, səs və havalandıma çoxdəqiqəli proqramlara birləşir.  Bununla da, yeni GLC Coupe avtomobilində Siz rahatlaşa və yaxud tonusunuzu qaldıra bilərsiniz. Buna əlavə olaraq,  opsional multikonturlu oturcaqlar Sizi massaj ilə nazlayacaq. Enerji, hərəkət rahatlığı və təhlükəsizliyin artırılması üçün.

Yeni GLC Coupe: dilinizi anlayır. Jestlərinizi tanıyır.

Yeni GLC Coupe Sizi bir kəlmə ilə başa düşməklə yanaşı, həm də toxunuş və jestlərinizə də reaksiya verir. Buna cavabdeh olan  - çoxsaylı yeni idarəetmə və indikasiya elementləri ilə zəngin olan MBUX, Mercedes-Benz User Experience sistemidir.

Əsas rahatlıq elementləri:

MBUX sensor idarəetmə konsepsiyası

MBUX səsli idarəetmə

Proyeksiya displeyi

Smartfon inteqrasiyası

Təhlükəsiz yoldadır. Hara getdiyiniz vacib deyil.

Təhlükəsizlik sistemləri ilə köməkçi sistemlərinin intellektual qarşılıqlı əlaqəsi Sizi çətin yol vəziyyətlərində üzərinizə düşən məsuliyyətdən azad edir.

Təhlükəsizliyin əsas xüsusiyyətləri:

Sürücüyə dəstək sistemləri paketi

Dairəvi görüntü videokamera sistemli parklama paketi

Qoşma nəqliyyat vasitəsi ilə birgə manevretmə zamanı yardım sistemi

MULTIBEAM LED işıqdiodlu faralar

Mercedes-Benz Intelligent Drive sistemləri ilə birgə nümunəvi təhlükəsizlik.

İstər pik saatında, istərsə də uzun gecə səfəri və yaxud tanımadığınız yolda olduğunuz zaman GLC Coupe avtomobiliniz Sizi üzərinizə düşən yükdən hiss olunacaq dərəcədə azad edəcək, xüsusi ilə də stresli vəziyyətlərdə. “Mercedes-Benz” avtomobilindəki hər bir səfərinizi təhlükəsiz və təkrarolunmaz edən konsepsiya Mercedes-Benz Intelligent Drive adlandırılır. Sizin sükan arxasında keçirdiyiniz vaxt boş yerə sərf olunmamalıdır. Bu, istirahət vaxtıdır. Gücün bərpa olunması zamanıdır. Avtomobil Sizi etibarlı və rahat şəkildə təyinat yerinə çatdıracaq.

Chase it all: paxıl baxışlar. Və çox gözəl görüntülər.

Lazım olduqda daha artıq.

Mercedes-AMG GLC 63 S 4MATIC+ Nyurburqrinqin rəsmi olaraq ən cəld seriyalı yolsuzluq avtomobilidir. Vizual və texniki baxımdan aydın şəkildə  Mercedes-AMG ailəsinə məxsus olan GLC modelləri öz nəhəng gücləri ilə valeh edir. Bütün digər yolsuzluq avtomobillərindən fərqli olaraq, Mercedes-AMG GLC özündə yarış keyfiyyətlərini və gündəlik praktikliyi birləşdirir.