Mercedes-Benz
Mercedes-Benz Mercedes-Benz

Mercedes-AMG GLE-Class kupe

Hamısından bir şey. Hamısından ən yaxşısı.

Necə deyərlər, əkslər bir-birini cəzb edir. Və yeni Mercedes-AMG GLE 53 4MATIC+ kupesi özündə bir çox əksləri birləşdirir: idman ruhu, yolsuzluq keyfiyyətləri və gündəlik istifadəyə yararlılıq. Bununla yanaşı, yeni nəsil GLE-nin ən idman ruhlu təmsilçisi həm vizual, həm də texniki baxımdan əsl Mercedes-AMG olaraq qalır.

Mercedes-AMG GLE 53 4MATIC+ kupe

Yeni Mercedes-AMG GLE 53 4MATIC+ kupesi Mercedes-Benz AMG seriyalı modellərinin AMG Line xəttindən fərqlənən təkmilləşdirilmiş eksteryer dizaynına malikdir. Eksteryer formalarının unikal dili həm AMG üçün səciyyəvi olan radiator üzlüyündə, həm də kapotda, qabaq önlükdə və arxa hissəsinə qədər yan hissənin dizaynında izlənilir.

Yeni Mercedes-AMG GLE 53 4MATIC+ kupesi Mercedes-Benz AMG seriyalı modellərinin AMG Line xəttindən fərqlənən təkmilləşdirilmiş eksteryer dizaynına malikdir. Eksteryer formalarının unikal dili həm AMG üçün səciyyəvi olan radiator üzlüyündə, həm də kapotda, qabaq önlükdə və arxa hissəsinə qədər yan hissənin dizaynında izlənilir.

Kupenin idman və zərif profili

Onun dinamikasını və temperamentini sezməmək mümkün deyil: yeni Mercedes-AMG GLE 53 4MATIC+ kupesi ilk baxışdan hər şeydən əvvəl iti xətlərlə idman və zərif profili ilə valeh edir.

AMG üçün səciyyəvi olan radiator üzlüyü

Yeni Mercedes-AMG GLE 53 4MATIC+ kupesinin eksteryerinin parlaq elementlərindən biri, şübhəsiz ki, AMG üçün səciyyəvi olan radiator üzlüyüdür: parlaq xromlanmış şaquli bəndlərlə və asanlıqla tanınan AMG loqotipi ilə o, Mercedes-AMG eksteryerindən haqlı olaraq nə gözləyə biləcəyinizi əyani şəkildə nümayiş etdirir.

Hava qəbuledicilərinin çıxıntıları

Hava qəbuledicilərinin geniş, dəqiq çıxıntıları ilə kapotun güclü formaları yeni Mercedes-AMG GLE 53 4MATIC+ kupesində hansı qeyri-adi gücün gizləndiyini göstərir.

Mercedes-AMG GLE 63 S 4MATIC+ kupe

Daha çox dinamiklik, güc və ifadəliliyə malik yeni sensasiyalı model – Mercedes-AMG GLE 63 S 4MATİC+ kupesi – tərzlə və eyni dərəcədə ekstravaqant şəkildə AMG-nin yüksək gücə iddiasını vurğulayır. Qısası, o, ən atletik yolsuzluq avtomobilidir.

AMG-nin qabaq önlüyü

İlk baxışdan AMG-nin dinamikası: dekorativ element və idman dizaynında səciyyəvi havaqəbuledicisi barmaqlıqlarıyla reaktiv təyyarənin qanadı şəklində yeni formanın ön hissəsi inam saçır və dərhal Mercedes-AMG GLE 63 S 4MATIC+ kupesinin yeni modelinin xasiyyətini nümayiş etdirir.

AMG-nin arxa önlüyü

Güclü tamamlama: idman diffuzoru və gümüşü xromlamalı dekorativ tamasa ilə AMG-nin yeni dizaynda arxa önlüyü Mercedes-AMG GLE 63 S 4MATIC+ kupesinin yeni modelinə arxadan cəsarətli və atletik görkəm verir.

AMG İQ emissiya sistemi

AMG-nin İQ emissiya sistemi arxadan yeni modelə baxarkən gücün və idman təbiətinin aydın ifadə edilmiş bir nümayişidir. Çox səciyyəvidir: içərisində tipik yivli parlaq xromlama ilə iki düzbucaqlı cütləşdirilmiş qol borusu.

Yeni Mercedes-AMG GLE S 63 4MATİC+ kupesinin salonu mühərrikin gücünü əks etdirir və gücə həvəs saçır. AMG üçün səciyyəvi dizayn və komplektasiya elementləri dinamikada və rahatlıqda gözə çarpan artımı təmin edir. 

AMG-nin nəcib nappa dərisindən işləməli interyer elementləri

Bütün hiss orqanları üçün müstəsna dəbdəbə: AMG-nin yüksək keyfiyyətli nappa dərisindən çoxsaylı interyer elementləri yeni Mercedes-AMG GLE kupelərinə salonda seriyalı şəkildə nəcib görkəm verir. İstəyə bağlı materialların və rənglərin daha geniş seçimi sayəsində siz çətin ki, fərdi istəklər üçün hər hansı məhdudiyyətləri hiss edəcəksiniz.

Sürücü və ön sərnişin üçün AMG oturacaqları

Sürücü və ön sərnişin üçün optimallaşdırılmış yan dayaqlı və AMG oturacaqları üçün səciyyəvi olan haşiyəli AMG oturacaqları ön oturacaqların arxasında "AMG" plaketi ilə bəzədilmişdir. Seriyalı komplektasiyada onlar AMG-nin yüksək keyfiyyətli qara nappa dərisi ilə işlənmişdir. AMG rəng və materialının bir çox digər cəlbedici variantları istəyə görə seçim üzrə mövcuddur.

Sürüşən lyuklu panorama damı

Sürüşmə lyuklu geniş istəyə görə panorama damı Mercedes-AMG GLE 63 S 4MATİC+ kupesinin dizaynına unikal hərəkət azadlığı bəxş edir və əlavə eksklüzivlik verir. Hərəkət zamanı o, həmçinin, açıq üstlə sürmə hissini və salonda xoş işıqlı ab-hava yaradır.

AMG-nin tipik interyeri: hər şey mükəmməl şəkildə uyğun gəlir.

Yeni Mercedes-AMG-yə oturan kimi Siz qırmızı rəng məqamlarına görə dərhal AMG-nin səciyyəvi interyerini tanıyırsınız: üzlük elementlərində qırmızı təzadlı dekorativ tikişdən qırmızı təhlükəsizlik kəmərlərinə qədər.

Nappa dərisindən işləməli AMG Performance sükan çarxı

Yeni nəsil nappa dərisindən işləməli AMG sükan çarxı idman manevrlərinin yerinə yetirilməsi üçün optimal erqonomikaya malikdir. Sükan çarxı 3 mil ilə səciyyəvi dizayna malikdir, aşağı hissədə kəsilmişdir və sensor düymələri və sükanaltı alüminium ötürücü açarları ilə təchiz edilmişdir. Sükan çarxının diqqətçəkən "AMG" yazısı ilə əlavəsi tamamlayıcı cizgini təmin edir.

AMG cihazlarının kombinasiyası

Yüksək həlli olan ekranlarla cihazların kombinasiyasının istifadəçi interfeysi tamamilə yenilənmişdir və AMG üçün xüsusi olaraq hazırlanmış dizaynla heyran edir. Bundan başqa, o, müxtəlif cihazlarla təchiz edilmişdir, məsələn RACETİMER yarış taymeri, AMG başlıq şəkli və ya CLASSIC, Sport, Dezent və AMG üçün xüsusi Supersport üslublu dörd müxtəlif indikasiya üslubları.

AMG sükan çarxında düymələr

AMG sükan çarxında istəyə bağlı düymələrlə AMG Performance sükan çarxı heç də boş yerə Formula-1 sükanını xatırlatmır. Onlar sükana radikal idman görünüşü verir və xüsusi dinamik funksiyaların sürətli və məqsədyönlü şəkildə idarə edilməsini təmin edirlər. Sükan çarxındakı düymələr birbaşa tutma sahəsində erqonomik şəkildə yerləşdirilmişdir, buna görə də əlləriniz daim sükanda qalır. İntuitiv anlaşılan funksionallığı sayəsində isə Sizin baxışınız daim yolda qalır.