Mercedes-Benz
Mercedes-Benz Mercedes-Benz

Mercedes-AMG C-Class sedan

İdman avtomobilinin orijinal ab-havası.

C-Sinif Mercedes-AMG sedanı

C-Sinif özündə idman təbiətini innovasiya və texnologiyalarla birləşdirir. Nəticədə bir çox müştərilər üçün cəlbedici, ən müxtəlif tələblərə cavab verən kompleks əldə edilmişdir.

Mercedes-AMG C 43 4MATIC

Və profildən qeyri–adi dərəcədə cəlbedicidir.

İlk təəssürat ən güclüsüdür. Buna görə də, Mercedes-AMG C 43 4MATIC sedanı ikiqat lamelli AMG üslublu radiator üzlüyü ilə ön hissənin ifadəli idman dizaynını nümayiş etdirir. Onun arxa hissəsi təbiətinin gücü ilə ön hissədən geri qalmır. İnteqrasiya edilmiş diffuzor və yeni yüngül lehimli təkər diskləri ilə kombinasiyada iki dəyirmi cütləşdirilmiş işlənmiş qaz qol borusu xalis güc saçır.

AMG-nin arxa hissəsinin dizaynı

Parlaq xromlamalı iki dəyirmi cütləşdirilmiş qol borusu olan dekorativ diffuzorla AMG arxa önlüyü.

AMG-nin ön hissəsinin dizaynı

"Gümüşü iridium" rəngli mat laklaması və "AMG" yazısı olan ikiqat lamelli AMG radiator üzlüyü, yanlardan gümüşü xromlamalı iki lameli və qara rəngli üzgəcləri olan ifadəli idman hava qəbulediciləri ilə olan AMG qabaq önlüyü.

Mercedes-AMG C 63 S

Eksteryerin ekspressiv elementləri Mercedes-AMG C 63 S-in güclü təbiətini vurğulayırlar. Ənənəvi AMG üslubu avtomobilin dinamikasını birmənalı şəkildə nümayiş etdirir - onun sayəsində C 63 S modeli istənilən baxış nöqtəsindən öz təkrarolunmaz fərdiliyi ilə fərqlənəcək. Yüksək texnoloji komponentlər hərəkətin təsirli dinamik tərzi üçün əsas yaradır.

AMG-nin ön hissəsinin dizaynı

Çıxıntılarla AMG kapotu və AMG üçün səciyyəvi olan parlaq xromlanmış işləməli və "AMG" yazılı radiator üzlüyü. Parlaq qara rəngli A-Wing elementi ilə AMG-nin mütərəqqiliyi vurğulanmış qabaq önlüyü, A-Wing elementində "Gümüşü iridium mat" rənginə boyanmış dekorativ əlavə, həmçinin qara rəngli lamellərlə və fırladıcılarla əlavə soyuq hava axınlarını yönəltmək məqsədilə AMG üçün səciyyəvi olan yan hava qəbulediciləri.

AMG-nin arxa hissəsinin dizaynı

Parlaq qara rəngli diffuzorun yeni dizaynı ilə AMG arxa önlüyü: diffuzorun dörd üzgəci, C 63 S üçün əlavə diffuzor rəfi və gümüşü xromlamalı dekorativ əlavə ilə, AMG haşiyə-spoyleri gövdənin rəngində.

İnteryer dizaynı

İdman avtomobilinin orijinal ab-havası.

Mercedes-AMG avtomobilinin interyeri Sizin üçün idman avtomobilinin orijinal ab-havasını təmin edir. Salonun bütün üzlərində AMG dinamikasının fəlsəfəsi əks olunur. Bir-birinə mükəmməl uyğunlaşan elementlərə, səciyyəvi məqamlara və ən xırda detallarına qədər idman ruhuna yönəldilmiş salona tamaşa edin.

AMG Performance oturacaqları

Sürücü və ön sərnişin üçün istəyə görə təchiz olunan AMG Performance oturacaqları AMG fəlsəfəsini aydın şəkildə açıqlayır: oturaq vəziyyətdə maksimum idman ruhu ilə birlikdə avtomobilin idarə olunmasında maksimum müstəqillik və rahatlıq əldə edilir. Mükəmməl yan dəstək dinamik manevrlərdə xüsusilə nəzərə çarpır.

AMG sükan çarxında düymələr

Sükan çarxında yeni AMG düymələri müstəsna olaraq C 63 S sükan çarxları üçün, istəyə görə: idarəetmə və indikasiyanın yenilikçi konsepsiyası sayəsində dinamikanın və yüksək texnologiyaların birləşməsi – yüksək idarəetmə rahatlığını təmin edərək, əlverişli yerləşmə diqqəti avtomobilin idarə edilməsində cəmləməyə imkan verir.