Mercedes-Benz
Mercedes-Benz Mercedes-Benz

SL Roadster

Dizayn

Yeni nəsil SL avtomobilinin unikal və efektli görünüşü ehtiraslı rodster həvəskarlarında ən yaxşı xatirələri oyadır. Üslub ikonası hesab edilən və açıq səma altında müasir dəbdəbəni təmsil edən bu dizaynın cazibəsinə təslim olun.

Eksteryer: mükəmməl bədən dili

Kuzovun yenilənmiş ön hissəsi “yüzilin sportkarının” zərif xatirəsidir. “Brilyant” üslubda hazırlanan və şaquli vəziyyətdə yerləşən, “Panamerikana” dizaynını müasir şəkildə təfsir edən radiator qəfəsi, sol və sağ tərəfdən yeni üslubda tərtib edilmiş, əsas işıqlandırma sisteminin tamamilə işıqdiodlu faraları ilə əhatə olunub.

İnteryer: əfsanə əsl görünüşünü nümayiş etdirir

Mədəni landşaft daha da idman yönümlü və eksklüziv təfsirdə: yeni nəsil SL avtomobilinin salonunun ön hissəsi, zərif həllərdən geniş istifadə edərək, unikal genişlik və yüksək rahatlıq hissi ilə diqqət çəkir.

Broşur yükləyin

Ətraflı məlumat üçün SL Roadster broşur yükləyin