Mercedes-Benz
Mercedes-Benz Mercedes-Benz

Yeni B-Class.

60 799 AZN-dən ƏDV ilə başlayaraq

Biz ailə avtomobilini yenidən icad etdik.

Yeni B-Klass burada. Əvvəlkindən daha dinamik, rahat və etibarlı.

Heyranedici ölçülü ailə avtomobili.

Çünki bəzən təhlükəsizlik – hər şeydir.

Yeni B-Klass Sizi sükan arxasında olan zaman işinizi daha effektiv şəkildə yüngülləşdirəcək köməkçi sistemləri ilə təchiz olunur. Bura aiddir, məsələn,  məsafəni gözləyən aktiv DISTRONIC sistemi, hansı ki təyin olunan məsafəni avtomatik müşahidə edə bilir, və yaxud aktiv ani əyləcləmə sistemi, hansı ki fövqəladə hallarda Sizə avtomobili dayandırmağa kömək edir. Beləliklə, Siz və ailəniz hər zaman “etibarlı əllərdəsiniz”.

Özünüzü yalnız hər şeyin ən yaxşısı ilə əhatə edin.

Yeni B-Klass avtomobilinin salonu Sizi bu sinfə aid olan avtomobillər üçün unikal atmosfer ilə qarşılayır.
Bu, eksklüziv “bürünmə effektinin” sayəsində baş verir. Alətlər paneli, mərkəzi konsol və qapı örtülərinin arasındakı keçidlər olduqca səlis qaydada tərtib olunub. Bunun sayəsində sərnişinlər özlərini sanki “qucaqlanmış” kimi hiss edir.

Bu barədə söhbət hər şeyi asanlaşdırır.

İşdə, ailədə, indi isə yeni B-Klass avtomobilində. Çünki o, təbii nitqin intuitiv tanınması sistemi ilə təchiz edilib. Ürəyiniz istəyən zaman Siz, əsas köklənmələri həmçinin sensor ekranı və ya sensor panelinin köməyi ilə də edə bilərsiniz. Sizə daha uyğun olan şəkildə. 

Şəxsi avtomobilinizin dizaynını yaradın.

Bizim əvvəlcədən konfiqurasiya edilmiş avtomobillərimizdən birini seçin və onu öz zövqünüzə uyğun fərdiləşdirin.

Ailə qurmaq üçün əla fürsət.

Yeni B-Klass avtomobili möhtəşəm idmançılıq və dinamikanı nümayiş etdirir.

Yeni B-Klass Sizi gözləyir. O, Sizə maksimal rahat oturacaqlar, genişlik və universal yük bölməsini təklif etməyə hazırdır.

Yeni B-Klass avtomobili intuitiv idarəetməsi ilə fərqlənməklə yanaşı, həm də günü-gündən Sizə daha yaxşı uyğunlaşır. Məsələn, o, Sizin ofisinizə aparan yolu yadında saxlayır və tıxac olan zaman daha cəld marşrutu təklifi edir. Bunun arxasında MBUX (Mercedes-Benz User Experience) inqilab sistemi gizlənir.  Bu multimediya sistemi Sizi və tutduğunuz üstünlükləri günü-gündən daha yaxşı tanıyır.  Bu, günlərin bir günü yeni B-Klass avtomobilinin Sizi özünüz kimi yaxşı anlamağa başladığı günə qədər davam edəcək.

Əsas rahatlıq elementləri:

- ENERGIZING Plus paketi

- HANDS-FREE ACCESS funksiyası

- Mutikonturlu oturacaqlar

- Qızdırıcı ilə təchiz edilmiş multifunksional sükan çarxı.

Yüksək sinfə aid təhlükəsizlik sistemləri haqqında daha çox məlumat əldə edin.

Yeni B-Klass Sizə daha çox yardım edən və səfər zamanı rahatlığınızı daha da artıran intellektual köməkçi sistemləri ilə təchiz olunub. Bu sistemlər təhlükələri avtomatik qaydada tanıyır, onlar haqqında xəbər verir və ya həmin təhlükələrin qarşısını almaq üçün prosesə müdaxilə edir.

Əsas təhlükəsizlik xüsusiyyətləri:

- Sürücüyə dəstək sistemləri paketi

- Dairəvi görüntü videokameralı parklama paketi

- MULTIBEAM LED işıqdiodlu faraları

- Aktiv ani əyləcləmə sistemi

İstər pik saatında, istərsə də uzun gecə səfəri və yaxud tanımadığınız yolda olduğunuz zaman B-Klass avtomobiliniz Sizi üzərinizə düşən yükdən hiss olunacaq dərəcədə azad edəcək, xüsusi ilə də stresli vəziyyətlərdə. “Mercedes-Benz” avtomobilindəki hər bir səfərinizi təhlükəsiz və təkrarolunmaz edən konsepsiya Mercedes-Benz Intelligent Drive adlandırılır. Sizin sükan arxasında keçirdiyiniz vaxt boş yerə sərf olunmamalıdır. Bu, istirahət vaxtıdır. Gücün bərpa olunması zamanıdır. Avtomobil Sizi etibarlı və rahat şəkildə təyinat yerinə çatdıracaq.