Mercedes-Benz
Mercedes-Benz Mercedes-Benz

A-Class Heçbek

59 811 AZN-dən ƏDV-siz başlayaraq

A-Klass avtomobilini bu cür xüsusi edən nədir?

Bunu onun özündən soruşun. O, özünü insan kimi hiss edir, danışır, anlayır, düşünür.

Yeni dizayn? Yeni era.

Forma hissə deyil, funksiyaya riayət edir. Bu nə deməkdir? Burada hər şey lazım olduğu kimi hiss olunur. Kifayət qədər sadə.

Başdan ayağa qədər idman üslubunda.

A-Klassın bütün xəttləri duyğusal aydınlıq dizayn fəlsəfəmizə riayət edir. Səthlər daha böyük purizm, detallar isə – ifadəliliyi ilə seçilir. Zövqlüdür, elə deyilmi?

Xoş gəldiniz! Burada hər şey Sizin istəklərinizə tabedir.

Yeni A-Klass sedan avtomobilinin salonunda özünü rahatlığın ağuşunda hiss edirsən. Alətlər paneli, mərkəzi konsol və qapı örtüləri arasındakı səlis keçidlər xoş “bürümə efektini” yaradır. Bu cəhət, həmçinin, bəzək elementlərinin geniş seçimi və efektli və rahat salon işıqlandırması bu sinifə aid avtomobilin xüsusiyyətləridir. 

Sizin üçün seçilən əsas komponentlərimiz.

Kiçik detallar A-Klass avtomobillini təkrarolunmaz edir.

Dəridən bəzək paketi

Xüsusi estetika avtomobilinizin salonunu eksklüziv zövq yerinə çevirir. Oturacaqlar nəcib xalis dəri ilə üzlənib. Pəncərəaltı kəmər xəttinin və alətlər panelinin üzərindəki bəzək tikişi avtomobilin interyerinə baxış üçün cazibədar  aksentləri əlavə edir. Gözlər üçün təsəlli, bədən üçün bayram.

Night paketi

Night paketi vizual baxımdan cazibədar aksentləri əlavə olaraq yerbəyer edir. Bu estetik aksentlər avtomobilinizin idmançılığını və fərdiyyətini gücləndirir. Müvafiq effektin əldə edilməsi üçün çoxsaylı elementlər qara rəngdə və yüksək parlaqlı səthlər ilə hazırlanıb.

Fərdiyyətin möhtəşəm ifadəsi.

Sizin “Mercedes-Benz” avtomobilinizə aid xüsusiyyətlər və keyfiyyətlər. 

Designo proqramı fərdiyyət üçün eksklüziv lak-boya örtüklərini və nəcib interyer komplektləşdirməsini təklif edir. İncə materiallar və peşəkar əl işi Sizin “Mercedes-Benz” avtomobilinizin dizaynını təkmilləşdirir və Sizdə unudulmaz təəssüratlar yaradacaq. Siz xüsusi dəyərə malik olan, Sizin təsəvvürlərinizə və arzularınıza uyğun tərtib edilən  avtomobili əldə edəcəksiniz.

A-Klass ən xırda detallara qədər:

Sizin avtomobiliniz və Siz – mükəmməl komandasınız.

MBUX sistemi Sizə avtomobilinizlə qarşılıqlı əlaqənin yeni imkanlarını açacaq. Hər zamankından daha sadə, və tələblərinizə uyğun mükəmməl şəkildə uyğunlaşdırılan.

Burada hər şey tam intuitiv qaydada baş verir.

Mükəmməlliyə çatdırılan qoruyucu instinkti.

A-Klass 210 km/s sürətə qədər təhlükəsiz məsafəni qoruyub saxlaya bilir və bununla da nümayəndəlik sinfinə çatmış olur.

Mercedes-Benz Intelligent Drive sistemləri ilə birgə nümunəvi təhlükəsizlik.

İstər pik saatında, istərsə də uzun gecə səfəri və yaxud tanımadığınız yolda olduğunuz zaman A-Klass avtomobiliniz Sizi üzərinizə düşən yükdən hiss olunacaq dərəcədə azad edəcək, xüsusi ilə də stresli vəziyyətlərdə. “Mercedes-Benz” avtomobilindəki hər bir səfərinizi təhlükəsiz və təkrarolunmaz edən konsepsiya Mercedes-Benz Intelligent Drive adlandırılır. Sizin sükan arxasında keçirdiyiniz vaxt boş yerə sərf olunmamalıdır. Bu, istirahət vaxtıdır. Gücün bərpa olunması zamanıdır. Avtomobil Sizi etibarlı və rahat şəkildə təyinat yerinə çatdıracaq.

A-Klass avtomobilini daha təhlükəsiz edən hər bir şey.

A-Klass hər şeyi “görür”.  Beləliklə Siz, istənlən çətin vəziyyətdə nəzarəti qoruyub saxlaya biləcəksiniz və məqsədinizə etibarlı şəkildə çatacaqsınız.  

“Kor zonaların” monitorinqi sistemi

“Kor zonaların” monitorinqi sistemi hərəkət zolağını dəyişdiyiniz zaman Sizin üçün görüntü imlanını qoruyub saxlayır və avtomobilin “kor zonasındakı” aobyektləri tanıya bilir. Bu, misal üçün çoxzolaqlı küçələrdə və ya avtomagistrallarda baş verən qəzaların qarşısını ala bilir. Əlavə üç dəqiqə ərzində avtomobilin hərəkətsiz qaldığı təqdirdə: sistem təhlükəli zonada velosipedçi və ya avtomobilləri qeydə aldığı təqdirdə vizual və səsli xəbərdarlıq ötürür.

Nəqliyyat axınında təhlükə mənbələrini tanımaq – iki ədəd radar sensoru “kor zona” adlandırılan  sahəyə nəzarət edir. Əgər sistem həmin zonada digər hərəkət iştirakçısını aşkar edirsə, arxa görüntülü xarici güzgüdə müvafiq tərəfdən qırmızı üçbucaq sayrışır. Əgər sürücü bu siqnallı görmürsə və dönmə işarəsini işə salırsa, bu zaman xəbərdarlıq siqnal lampası sayrışmağa başlayır və səsli xəbərdarlıq siqnalı işə düşür.

Yol nişanlarının tanınması sistemi

Kamera və naviqasiya mexanizmləri daima icazə verilən sürətə nəzarət edir – beləliklə, Siz hər zaman hətta ən böyük miqdarda olan müxtəlif yol nişanlarından baş çıxara və həmin an sürət həddinə riayət edə bilərsiniz. Sistem Sizə daima məlumat ötürdüyü üçün pozuntu riski azalır. Bu, rahat olmaqla yanaşı, həm də yol hərəkətinin təhlükəsizliyini gündəlik artırır.

Bundan əlavə, yol nişanlarının tanınması sistemi rütubətli hava üçün nəzərdə tutulan sürət həddi kimi əlavə məhdudiyyət nişanlarını əks etdirir — şüşətəmizləyən qoşulu vəziyyətdə olduğu zaman sistem hətta xəbərdarlıq ötürür. Əgər sistem sürət həddini tanıyırsa, həmin hədd sükan çarxının üzərində yerləşən düyməni basmaqla  avtomobilə daxil ola bilir. Sürət həddləri ilə bağlı aktiv xəbərdarlıq sistemi ilə birlikdə sürət avtomatik ötürülə və köklənə bilər.  Siz, həmçinin, yolun müəyyən hissəsində ötmə əməliyyatına qadağanın qoyulması və yaxud yolun ötmə əməliyyatının qadağan edilmiş hissəsinin bitməsi haqqında məlumatı alətlər kombinasiyası və ya multimediya displeyinin üzərindən oxuya bilərsiniz.  Həmçinin yol nişanlarının tanınması sistemi, misal üçün avtomagistrallarda girişə qoyulan qadağanı da tanıya bilir.  Bu cür halda sistem vizual və səsli siqnalların köməyi ilə Sizdən hərəkətin istiqamətini dəyişməyi tələb edəcək.

Təhlükəsizlik baxımından daha bir nailiyyət – köməkçi sistemləri paketinin kamera və radar sistemlərinin qarşılıqlı əlaqəsi zamanı  əldə olunur. Belə olan halda köməkçi sistem həmçinin piyada keçidi zolağının üzərində dayanan insanlar haqqında da xəbərdarlıq edə bilir.  

Proyeksiya displeyi

Qəti, idmanyönümlü idarəetmə üçün əla zəminlər: proyeksiya displeyi avtomobilinizin qabaq şüşəsini effektiv rəqəmsal alətlər panelinə çevirir. Bunun sayəsində vacib məlumatlar hər zaman gözünüzün önündə olur. Sizin bütün diqqətiniz yola və Sizdən irəlidə baş verən yol hadisələrinə cəmlənir.