Mercedes-Benz
Mercedes-Benz Mercedes-Benz

Mercedes-AMG GLE-Class yolsuzluq

Dərə-təpəli ərazidə də ötüb keçir.

Hansı yolda olursa olsun, Mercedes-AMG GLE ilə yalnız nəfəsiniz dayanır. Güclü mühərriklər, yenilikçi ötürücü texnologiyaları və idman dizaynı onu gündəlik həyatda mükəmməl bir yoldaş edir. Və ya ondan qaçmaq üçün.

Mercedes-AMG GLE 53 4MATIC+

İdman aksentlərindən daha çox: Mercedes-AMG GLE dizaynın bir sıra xüsusiyyətləri ilə modelin dinamik və tamamlanmış stilistikasını nümayiş etdirir.

AMG-nin qabaq önlüyü

Mercedes-AMG GLE 53 4MATIC+-un öz gücünü nümayiş etdirməyə hazır olduğunu anlamaq üçün avtomobilin ön hissəsinə bir baxış kifayətdir. Radiator üzlüyünün lamelləri şaquli yerləşdirilmişdir və GLE-yə AMG üçün tipik olan unikal görünüş verir. Yeni dizaynda təqdim olunan AMG-nin qabaq önlüyü köhnədən daha dinamik, təravətli və güclü görünür. Qaz pedalına basarkən avtomobilin gücünü hiss etmək və xarici görünüşünün onu heç də elə-belə ötürmədiyinə əmin olmaq olar.

AMG İQ emissiya sistemi

İfadəli arxa hissəsi isə bizi öz dinamikası və idman ruhu ilə təsirləndirir. Təəccüblü deyil, axı Mercedes-AMG GLE 53 4MATİC+-u diqqətlə gözdən keçirmək bizə əksər hallarda o bizi ötəndə müyəssər olacaq. Dizaynda parlaq xromlama ilə iki cütləşdirilmiş qol borusu ilə əlavə aksentlər qoyulur.

Diametri 53,3 sm (21") olan 5 ədəd ikiqat mil ilə AMG yüngül lehimli təkər diskləri

Diametri 53,3 sm (21") olan 5 ədəd ikiqat mil, qara mat laklama ilə, cilalanmış, istəyə görə təklif olunan AMG yüngül lehimli təkər diskləri baxışları cəlb edir. Onların nəcib görünüşü Mercedes-AMG GLE 53 4MATIC+-un cəlbediciliyini vizual olaraq artırır və ümumi idman obrazını tamamlayır.

Mercedes-AMG GLE 63 S 4MATIC+

İdman aksentlərindən daha çox: Mercedes-AMG GLE dizaynın bir sıra xüsusiyyətləri ilə modelin dinamik və tamamlanmış stilistikasını nümayiş etdirir.

AMG-nin qabaq önlüyü

Avtomobilin dinamikliyi eksteryerin üslubundan və dərhal AMG-nin qabaq önlüyündən oxunur. O, GLE 63 S 4MATİC+-a atletiklik və müstəsnalıq verir.

AMG idman işlənmiş qaz sistemi

Həm səslənməsinə, həm də dizaynına görə təsirli olan AMG idman işlənmiş qaz sistemi avtomobilin altından dinamik şəkildə çıxan parlaq xromlamalı kvadratşəkilli cütləşdirilmiş qol boruları ilə tamamlanır. Diffuzor idman təbiətini vurğulayır.

Yüksək səmərəli AMG əyləc sistemi

Yüksək səmərəli AMG əyləc sistemi üçün qısa əyləc yolu, yüksək dəqiqlik, uzunmüddətli xidmət və S-modelləri üçün seriyalı qırmızı əyləc altlıqları səciyyəvidir. O, ram olmayan dinamikanı həyata gətirmək üçün yaradılmışdır.

Mercedes-AMG GLE salonunda modelin əhəmiyyəti hiss olunur. Onun seriyalı komplektasiyası yüksək keyfiyyətli materiallardan, dizaynın idman elementlərindən və çoxsaylı innovasiya sistemlərindən ibarətdir. Avtomobildən çıxmaq istəmirsən.

AMG oturacaqları

İdman rahatlığını ARTİCO süni dərisindən / DİNAMİCA mikrolifindən yüksək keyfiyyətli üzlüklü AMG idman oturacaqları təmin edir. Qırmızı dekorativ tikiş dinamik aksentləri qoyur, "AMG" yazısıyla plaket isə ilk baxışdan sürücü üçün sürmədən müsbət emosiyaların təmin edildiyini anlamağa imkan 

verir.

Geniş formatlı ön panel

GLE həmçinin vaxtı da qabaqlayır. Onun yeniliklərindən biri: AMG TRACK PACE. Bu, yarış yolunda yeni rekordlara nail olmağa imkan verən proqram əlavəsidir. AMG üçün səciyyəvi dizaynda cihazların birləşməsi də mütərəqqi şəkildədir. Cihazlar yalnız öz yeni üslubları sayəsində dinamik görünmürlər, həm də yüksək həlli olan multimedia ekranından və intuitiv anlaşılan istifadəçi interfeysindən istifadə etməklə texniki cəhətdən yeni miqyaslar təyin edirlər.

Daxili dəyərlər çox qiymətlidir.

Mercedes-AMG GLE salonunda modelin əhəmiyyəti hiss olunur. Onun seriyalı komplektasiyası yüksək keyfiyyətli materiallardan, dizaynın idman elementlərindən və çoxsaylı innovasiya sistemlərindən ibarətdir. Avtomobildən çıxmaq istəmirsən.

AMG oturacaqları

İdman rahatlığını ARTİCO süni dərisindən / DİNAMİCA mikrolifindən yüksək keyfiyyətli üzlüklü AMG idman oturacaqları təmin edir. Qırmızı dekorativ tikiş dinamik aksentləri qoyur, "AMG" yazısıyla plaket isə ilk baxışdan sürücü üçün sürmədən müsbət emosiyaların təmin edildiyini anlamağa imkan verir.

Geniş formatlı ön panel

LE həmçinin vaxtı da qabaqlayır. Onun yeniliklərindən biri: AMG TRACK PACE. Bu, yarış yolunda yeni rekordlara nail olmağa imkan verən proqram əlavəsidir. AMG üçün səciyyəvi dizaynda cihazların birləşməsi də mütərəqqi şəkildədir. Cihazlar yalnız öz yeni üslubları sayəsində dinamik görünmürlər, həm də yüksək həlli olan multimedia ekranından və intuitiv anlaşılan istifadəçi interfeysindən istifadə etməklə texniki cəhətdən yeni miqyaslar təyin edirlər.

AMG sükan çarxı

AMG Performance sükan çarxı dinamikanı real olaraq hiss etməyə imkan verir: yüksək keyfiyyətli nappa dərisi etibarlı tutmanı təmin edir, sükanaltı alüminium ötürücü açarları həqiqi yarış ab-havasını yaradırlar. Menyunun bütün əsas bəndləri çoxfunksiyalı düymələrlə tənzimlənir.

AMG sükan çarxı

AMG Performance sükan çarxı dinamikanı real olaraq hiss etməyə imkan verir: yüksək keyfiyyətli nappa dərisi etibarlı tutmanı təmin edir, sükanaltı alüminium ötürücü açarları həqiqi yarış ab-havasını yaradırlar. Menyunun bütün əsas bəndləri çoxfunksiyalı düymələrlə tənzimlənir.