Mercedes-Benz
Mercedes-Benz Mercedes-Benz

Mercedes-Benz dünyası

Mercedes-Benz tarixi

1844 – Karlsluvda Karl Benz anadan oldu.

1883 – Karl Benz iş adamı Maks Kaspar Roze və komersant Fridrix Vilgelm Esslinger ilə irgə açıq ticarət cəmiyyəti tipli "Benz və Ko. Raynişe-Qazmotoren Fabrik, Manheym" şirkəti təsis etdi.

1886 – Karl Benz öz 3-təkərli mühərrikli arabası üçün patentini “doğum haqqında şəhadətnamə” olan DRP No. 37435 – p-atentini əldə edir.

1901 – "Nitsa həftəsində" sürücü Vilgelm Verner gözəl Mercedes avtomobilində 392 km-lik Nitsa-Salon-Nitsa yarışının qalibi olur.

1903 – "Daimler-Motoren-Gezelşaft" Untertürkhaymda yenicə inşa edilmiş zavodda özünün ilk istehsal güclərini işə salır.

1911 – "Daimler-Motoren-Gezelşaft" şirkətinin səhmləri Ştutqart Fond Birjasında yerləşdirildi.

1921 – Daimler-Motoren-Gesellschaft Berlin avtosalonunda 4-silindrli kompressor mühərrikləri ilə təchiz olunmuş 6/20PS və 10/35PS avtomobil modellərini təqdim etdi.

1926 – Daimler-Motoren-Gesellschaft və "Benz və Ko." "Daimler-Benz AG" altında birləşir. Şirkətin baş ofisi Almaniyada yerləşir, mərkəzi inzibati təşkilat isə Untertürkhaymda məskunlaşır.

1929 – Karl Benz Ladenburqda 84 yaşında vəfat edir.

1931 – Paris avtosalonunda "Daymler-Benz AG" 170 (W 15) modelini təqdim edir. Digərlərinin arasından, bu modeldəki yenilik qabaq və arxa hissələrdə quraşdırılmış müstəqil asqı oldu.

1936 – Berlin avtosalonunda "Daimler-Benz" yeni 170 V (W 136) и 170 H (W 28) avtomobil modellərini, həmçinin, dünyanın ilk seriyalı və dizel mühərrikli minik avtomobili olan 260 D (W 138) modelini təqdim edir.

1939 – German Lanqın və Rudolf Karaççiolanın 1,5 l həcmli W 165 yarış avtomobillərində Tripoliyə Tripoliyə ilk və yeganə girişləri zamanı ikiqat qalibiyyət. Sezonun sonunda German Lanq Avropa çempionatının və Almaniya Dağ Yarışı Çempionatının qalibi olur, komanda yoldaşı Rudolf Karaççiola isə alman yol çempionatının qalibi olur.

1949 – Hannoverdə keçirilən texniki-eksport yarmarkasında kommersiya avtoistehsalında yeni dövrün başlanğıcını qoyan L 3250 modelinin və O 3250 markalı avtobusun təqdimatı keçirildi.

1951 – Daimler-Benz sərnişin salonunun təhlükəsizlik özəyinə dair patenti qeydiyyata salır. Mühəndir Bel Barenyinin 854157 nömrəli ixtirası bu günə qədər avtomobil sahəsinin passiv təhlükəsizliyik sisteminin əsası olaraq qalmaqdadır.

1958 – "Mercedes-Benz" 0 317 avtobusunun istehsalı Manheymdəki zavodda başlayır, Qaggenaudakı zavodda isə mühərrikin üzərində quraşdırılan kabin və 2 ədəd fırlanan qabaq oxlarla təchiz edilmiş LP 333 3-milli yük avtomobilin istehsalına start verilir.

1963 – Paqoda şəkilli səciyyəvi tavana malik Mercedes-Benz 230SL (W113) modeli Jeneva beynəlxalq avtosalonunda təqdim olunmuşdur. Bu avtomobil 300SL иvə190SL idman modellərini əvəzləyir. İlk dəfə olaraq, idman üslublu avtomobildə Bela Barenyi tərəfindən hazırlnamış təhlükəsiz kuzov əmələ gəldi. Digər yenilik isə S-klass limuzinlərinin uzunsov əsasını formalaşdırmağa davam etməkdə olan, təkər bazası 10 sm uzadılmış 300 SE modeli oldu.

1967 – Düsseldorfdakı zavodda yeni nəsir Mercedes-Benz furqonları olan və 1955-ci ildə etibarən istehsal olunan 319 seriya modellərini əvəzləyən L406, L408 və O309 modellərinin istehsalına başlanılır.

1973 – Mercedes-Benz 450SE və 450SEL (seriya 116) modelləri, habelə 8-silindrli, 4,5 l. Həcmə malik V-şəkilli mühərriklə təchiz edilmiş və Jeneva Beynəlxalq salonunda təqdim edilmiş 450SL və 450SLC (seriya 107) modelləri satış proqramını tamamlayır.

1978 – “Mercedes-Benz” və “Bosch” şirkətləri tərəfindən birgə hazırlanan ikinci nəsil antiqapanma sistemi Untertürkhaymda mətbuata təqdim edildi. Dünya premyerası qismində bu avtomobil ilk olaraq S-Klass limuzini versiyasında buraxıldı (seriya 116). 

1982 – İndoneziyada sərnişin və yük avtomobillərinin istehsalı məqsədi ilə yeni Mercedes-Benz quraşdırma zavodu açıldı.

1986 – Yeni Mercedes-Benz T2 seriyasının furqonlarının təqdimatı (507 D - 811 D)

1991 – Jeneva Beynəlxalq avtosalonunda yeni Mercedes-Benz S-Klassın (seriya 140) 300SE/SEL, 400SE/SEL, 500SE/SEL və 600SE/SEL modelləri ilə birgə təqdimatı.

1997 – "Mercedes-Benz" CLK Detroytda keçirilən "Şimali Amerika beynəlxalq avtomobil sərgisində təqdim olunur.